Amerikalı yazıçı və siyasi fəaldan iddia: Trampın İranla müharibədə qalib gəlməyi mümkün deyil
Amerikalı yazıçı və siyasi fəal Don Vinslav ABŞ prezidenti Donald Trampın İranla müharibədə qalib gəlməyin mümkün olmadığını anladığını iddia edib.
Crossmedia.az xəbər verir ki, amerikalı yazıçı və siyasi fəalın sözlərinə görə, Trampın bu qənaətə gəldiyinin göstəricilərindən biri Cared Kuşner və ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya göndərilməsidir. O, bu addımı Trampın Ukraynadakı müharibəyə son qoymaq cəhdi kimi qiymətləndirib.
Hazırda Cared Kuşner və Stiv Uitkoff Rusiyada Vladimir Putinlə görüş keçirib, daha sonra isə Ukraynaya gedərək Volodimir Zelenski ilə danışıqlar aparıblar. ABŞ nümayəndələri Moskva görüşlərini nəticəli və konstruktiv adlandırıblar.
13:00 07.09.2026
Oxunuş sayı: 53