Min kilometr uzaqda yeni hücum dalğası
Rusiya Müdafiə Nazirliyi ölkənin bir sıra bölgələrinə edilən hücumlar zamanı 300-dən çox Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Rusiya Müdafiə Nazirliyi” bu barədə məlumat yayıb.
Məlumata görə, PUA-lar Tatarıstan, Udmurtiya, Çuvaşıstan və Perm diyarının hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nazirlik həmin bölgələrin hər birində neçə PUA-nın məhv edildiyini açıqlamayıb.
Bildirilib ki, Ukrayna PUA-ları Kursk, Lipetsk, Oryol, Tambov və digər vilayətləri də hədəfə alıb. Məhv edilən bütün pilotsuz uçuş aparatlarının təyyarə tipli olduğu qeyd edilib.
Rusiyanın Müdafiə Nazirliyi hücumların ölkənin Ukrayna sərhədindən 1000 kilometrdən və daha uzaqda yerləşən ərazilərinə qədər yayıldığını bildirib.
10:09 07.09.2026
Oxunuş sayı: 47