Merz: ABŞ-dən Almaniyaya gələn alimlərin sayı artır
Almaniya kansleri Fridrix Merz ABŞ-dən çoxsaylı alim və tədqiqatçıların ölkəyə gəldiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bu barədə açıqlama verib.
Merz bildirib ki, hazırda bir çox amerikalı Almaniyanı elm və tədqiqat üçün ABŞ qədər cəlbedici məkan hesab edir.
Onun sözlərinə görə, hazırda Almaniya universitetlərində ABŞ-dəki ali təhsil müəssisələrindən fərqli akademik mühit mövcuddur. Kansler Almaniyada universitetlərin açıq olduğunu, elm, tədqiqat və inkişaf sahələrində azadlığın təmin edildiyini vurğulayıb.
14:07 06.09.2026
Oxunuş sayı: 42