Karasin ABŞ nümayəndələrinin səfərini sülh üçün fürsət adlandırdı
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin səfərlərinin Ukraynaya müsbət təsir göstərəcəyinə və Kiyevin mövqeyinin yumşalmasına səbəb olacağına ümid etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Karasin ABŞ prezidentinin nümayəndələrinin Moskva və Kiyevə səfərlərini “çox faydalı” adlandırıb. Onun sözlərinə görə, bu səfərlər Ukraynanı uzunmüddətli və dayanıqlı sülhün təmin edilməsi məsələsinə qaytarır.
Senator bildirib ki, Uitkoff və Kuşner Moskvada qəbul ediləcək və Rusiya tərəfinin mövqeyini dinləyəcəklər. Onun fikrincə, ABŞ nümayəndələri Rusiyanın mövqeyini yerindəcə qiymətləndirməlidirlər.
Karasin ümid etdiyini bildirib ki, Ukrayna rəhbərliyi “daimi zərbələr endirmək xəttindən” uzaqlaşacaq və ABŞ nümayəndələrinin səfəri prosesə müsbət istiqamətdə təsir göstərəcək.
Qeyd edək ki, Stiv Uitkoff və Cared Kuşnerin sentyabrın 5-də Moskvaya, sentyabrın 6-da isə Kiyevə səfər edəcəyi gözlənilir.
12:29 05.09.2026
Oxunuş sayı: 40