150 min maaş verilir, amma işçi tapılmır
Türkiyənin Tunceli vilayətində qoyunçuluq təsərrüfatlarında çoban çatışmazlığı davam edir və aylıq 100-150 min lirə maaşa belə işçi tapmaq çətinləşib.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
İstehsalçıların sözlərinə görə, ötən il də çoban çatışmazlığı ciddi problem olub və həmin dövrdə aylıq əməkhaqqı təxminən 130 min lirəyə qədər yüksəlib. Bu il isə təklif olunan maaşların 100-150 min lirə arasında dəyişməsinə baxmayaraq, fermerlər axtardıqları işçiləri tapa bilmirlər.
Xüsusilə yaylaqlarda heyvanların yemlənməsi, baxımı və sağımı ilə məşğul olacaq çobanlara ehtiyac böyükdür. Yerli işçi qüvvəsinin çatışmazlığı səbəbindən bəzi istehsalçılar problemi xarici vətəndaşların, əsasən əfqan çobanların hesabına həll etməyə çalışırlar.
Lakin yüksək maaşla yanaşı, yemək, siqaret və qalacaq yer kimi ehtiyacları da qarşılanan bəzi əfqan çobanların müəyyən müddətdən sonra işi tərk etməsi fermerlərin vəziyyətini daha da çətinləşdirir.
Çoban tapa bilməyən istehsalçılar heyvanların gündəlik qulluğunu öz üzərlərinə götürmək məcburiyyətində qalırlar. Onlar artan əmək, yem və dərman xərclərinin gəlirlərini üstələdiyini bildirirlər.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məsələlərdən biri də çoban çatışmazlığının kiçikbaş heyvandarlığın davamlılığına mənfi təsir göstərməsidir
11:56 05.09.2026
Oxunuş sayı: 54