Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində 6 pillə irəliləyərək 29-cu sıraya yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) məlumat yayıb.
Yığma 379,25 xalla dünyada 29-cu, Avropada isə 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, əvvəlki reytinqdə Azərbaycan yığması dünyada 35-ci, Avropada isə 13-cü pillədə yer almışdı.
15:25 02.09.2026
Oxunuş sayı: 38