Səyyar “ASAN xidmət” avtobusu Qazaxda
Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, həmçinin daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir.
Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftəiçi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftəiçi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir.
17:38 31.08.2026
Oxunuş sayı: 41