68 yaşlı qadına meşədə ayı hücum etdi
68 yaşlı Lyudmila meşədəki tərk edilmiş bağ evinə itlərə yem verməyə gedərkən ayının hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, “Baza” bu barədə məlumat yayıb.
Hadisə “Liteyşik” bağçılıq cəmiyyətinin yaxınlığındakı meşəlik ərazidə baş verib. Qadın burada ayı ilə qarşılaşıb. Heyvan onun üzərinə atılaraq pəncələri ilə tutub və nəticədə qadının qolu sınıb.
Lyudmila ayıdan qurtularaq yaxınlıqdakı fərdi yaşayış evlərinə qaçıb. Yerli sakinlər ona ağrıkəsici verib və təcili tibbi yardım çağırıblar.
Qadın sağ qolunun said sümüklərinin aşağı üçdə bir hissəsinin açıq sınığı ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin qiymətləndirməsinə görə, onun vəziyyəti orta ağır olaraq dəyərləndirilir.
16:52 29.08.2026
Oxunuş sayı: 55