Rohincaların Myanmadan kütləvi köçündən 9 il ötür
Myanmada onilliklərdir repressiya və ayrı-seçkiliklə üzləşən müsəlman rohincaların ölkədən kütləvi köçünün başlamasından 9 il ötür.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Myanmanın Arakan əyalətində yaşayan, öz dilləri və mədəniyyətləri olan rohincalar ölkənin 1948-ci ildə müstəqillik əldə etməsindən bəri sistemli təqiblərə məruz qaldıqlarını bildirirlər.
“Anadolu”nun “Vətənlərindən ayrı düşən rohincalar” başlığı ilə hazırladığı üç hissəli silsilənin ilk materialında rohincalara qarşı uzun illər davam edən təqib və təzyiqlər, bölgədən ilk kütləvi köç dalğasına səbəb olan hadisələr və sonrakı miqrasiya prosesi araşdırılır.
2017-ci il avqustun 25-də Myanma ordusu və buddist millətçilər Arakan əyalətində sərhəd postlarına hücumları əsas gətirərək rohincalara qarşı genişmiqyaslı əməliyyatlara başlayıblar.
15:05 29.08.2026
Oxunuş sayı: 48