Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
Şəmkirdə 11 yaşlı qız boğaz nahiyəsindən keçirilən əməliyyatdan sonra xəstəxanada vəfat edib.
Crossmedia.az xəbər verir ki, TƏBİB bu barədə məlumat yayıb.
2015-ci il təvəllüdlü azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasında boğaz nahiyəsindən əməliyyat olunub. Əməliyyatdan sonra pasiyent Reanimasiya şöbəsində müalicə alıb.
Avqustun 27-də azyaşlıda qanaxma baş verib. Həkimlərin reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 13:40-da öldüyü qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
13:11 29.08.2026
Oxunuş sayı: 52