Polşa Aİ-yə Rusiya ilə bağlı xəbərdarlıq edib
Polşanın xarici işlər naziri Radoslav Şikorski Avropa İttifaqını Ukrayna müharibəsinin nizamlanması ilə bağlı Rusiya ilə vaxtından əvvəl danışıqlara başlamamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Şikorski “The Economist” üçün yazdığı məqalədə bildirib ki, Rusiyanın strateji mövqeyi kifayət qədər zəifləmədən Moskva ilə aparılan təmaslar Qərb və Ukrayna üçün faydadan çox zərər gətirə bilər.
Onun fikrincə, belə danışıqlar Kremlin daxili legitimliyini gücləndirə və Rusiyanın hibrid əməliyyatlarını davam etdirməsi üçün şərait yarada bilər.
Polşa XİN rəhbəri həmçinin Rusiya ilə erkən dialoqun Avropa ölkələrinin Kiyevə dəstəyini zəiflədə və demokratik ölkələr arasında parçalanmanı dərinləşdirə biləcəyini bildirib.
19:30 28.08.2026
Oxunuş sayı: 47