Bu avtomobillər niyə geri çağırılır?
Kia 21 290 ədəd EV9 elektrik SUV-ni təhlükəsizlik problemi səbəbindən geri çağırıb.
Crossmedia.az xəbər verir ki, Car and Driver bu barədə məlumat yayıb.
Problem ön sərnişin oturacağındakı sərnişin aşkarlama sisteminin nasazlığı ilə bağlıdır. Sistem sıradan çıxdıqda sərnişin hava yastıqlarının deaktiv edilməsinə mane ola bilər.
Geri çağırma ABŞ-da Kia-nın Corciya zavodunda 17 may 2024-cü ildən 13 may 2026-cı ilədək istehsal olunan 2025-ci il və bəzi 2026-cı il EV9 modellərinə aiddir.
Kia oktyabrın 20-dən avtomobil sahibləri ilə əlaqə saxlayacaq. Müvafiq avtomobillər sentyabrın 4-dən Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) saytında yoxlanıla biləcək.
06:29 29.08.2026
Oxunuş sayı: 64