Avropa Rusiyanın NATO planlarına cavab verib
Avropalı rəsmilər Rusiyanın NATO-ya və ya Baltikyanı ölkələrə yaxın zamanda ənənəvi hərbi hücuma hazırlaşdığına dair heç bir sübutun olmadığını bildiriblər.
Crossmedia.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Bu qiymətləndirmə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərinin əsas məqsədinin NATO-ya mümkün Rusiya hücumu ilə bağlı xəbərdarlıq olması barədə yayılan məlumatları təkzib edir.
Son aylarda NATO müttəfiqləri Rusiyanın artan hibrid hücumları və təxribatları fonunda yanlış qərar və hesablamalar riskini azaltmaq üçün kəşfiyyat və hərbi sahələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələsini müzakirə ediblər.
22:05 28.08.2026
Oxunuş sayı: 57