ABŞ İrana dəstək verənləri təhdid edib
ABŞ maliyyə naziri Skott Bessent İrana iqtisadi dəstək göstərən şəxslər və qurumların sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bessent bildirib ki, ABŞ Maliyyə Nazirliyi Tehranın əlində qalan bütün iqtisadi dəstək mənbələrini bağlamağı və İran rejiminin yaratdığı təhlükəyə son qoymağı hədəfləyir.
“Biz həmçinin xəbərdarlıq etmişik ki, İrana yardım edənlər ABŞ dollarına və qlobal maliyyə sisteminə çıxışdan istifadə etməyə davam edə bilməzlər”, – Bessent deyib.
Nazirin sözlərinə görə, Banque Misr UAE də İrana dəstəyi ilə bağlı ABŞ-nin diqqətindədir. Bessent bankın məsuliyyətə cəlb edilməsi istiqamətində ilk addımın atıldığını bildirib.
21:57 28.08.2026
Oxunuş sayı: 53