Ukrayna yeni silahlı robotlarını döyüşdə sınaqdan keçirir
Ukraynada üzərində qoşa Kalaşnikov avtomatının quraşdırıldığı yeni döyüş yerüstü dronları sınaqdan keçirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Layihənin əsas xüsusiyyəti adi avtomatlardan istifadə edilməsidir. Bu yanaşmanın istehsal xərclərini azaltmağa və sistemlərin cəbhənin ehtiyaclarına uyğun daha sürətlə kütləvi istehsalına imkan verdiyi bildirilir.
Brave1 müdafiə klasteri çərçivəsində hazırlanan platformanın ideyadan prototipə qədər inkişafı altı aydan az müddətdə başa çatıb. Dron tam ötürücülü şassi, havasız təkərlər və qəlpə və atıcı silah güllələrinə qarşı qorunan korpusla təchiz olunub. Qoşa qüllə hədəflərə yüksək sıxlıqlı atəş açmağa imkan verir.
Məlumata görə, sistemlər artıq real döyüş şəraitində sınaqdan keçirilir. Onlardan, xüsusilə, qarşı tərəfin pilotsuz uçuş aparatlarından fəal istifadə etdiyi pusqulara qarşı mübarizədə yararlanılır.
Uğurlu sınaqlar və nisbətən aşağı istehsal xərcləri bu cür robotlaşdırılmış platformaların gələcəkdə geniş tətbiqinə yol aça bilər. Dronların hücum qruplarına atəş dəstəyi, kəşfiyyat və patrul xidməti kimi müxtəlif tapşırıqlarda istifadə edilməsi nəzərdə tutulur.
21:05 28.08.2026
Oxunuş sayı: 51