Lukaşenko Ukrayna haqqında: Bu, həqiqətən də problemdir
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı Rusiya və Belarusun həll etməli olduğu ortaq problem kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lukaşenko bu barədə Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə danışıb. O, Belarusun cənubunda və Rusiyanın qərbində həll edilməli ortaq problem olduğunu bildirib.
“Bu, həqiqətən də problemdir. Kiminsə bunu istəməsindən və ya istəməməsindən asılı olmayaraq, biz onu həll edəcəyik”, – Lukaşenko deyib.
21:22 28.08.2026
Oxunuş sayı: 58