Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini İsraillə normallaşma şərtinə bağlayır
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişinin qüvvəyə minməsi üçün Ər-Riyadın İsraillə münasibətləri normallaşdırmasını şərt kimi irəli sürməkdə davam edir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp iyulun 23-də Vaşinqton və Ər-Riyad arasında imzalanmış nüvə sazişini Konqresin müzakirəsinə təqdim edib.
ABŞ rəsmisinin sözlərinə görə, prezident sazişin qüvvəyə minməsi üçün Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması tələbindən geri çəkilməyib.
17:54 26.08.2026
Oxunuş sayı: 40