Qətər və Səudiyyə Ərəbistanı regional vəziyyəti müzakirə edib
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı regional hadisələr və bölgədəki son vəziyyət müzakirə olunub.
Məhəmməd bin Əbdürrəhman Al Tani Qətərin azad gəmiçiliyi təmin edən həll yolunun əldə olunmasına yönəlmiş səyləri dəstəklədiyini bildirib.
Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
16:18 26.08.2026
Oxunuş sayı: 46