Peskov: Rusiyada yeni səfərbərlik olmayacaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərlik elan ediləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Dmitri Peskov Rusiyada yeni səfərbərliklə bağlı hər hansı müzakirənin aparılmadığını bildirib.
Peskov bu barədə yayılan məlumatları “informasiya ördəkləri” adlandırıb və onların Ukrayna hakimiyyəti və Qərb mediası tərəfindən Rusiyada vəziyyəti sabitsizləşdirmək məqsədilə yayıldığını deyib.
Kremlin sözçüsü yeni səfərbərliklə bağlı hər hansı qərarın gündəmdə olmadığını vurğulayıb.
09:57 25.08.2026
Oxunuş sayı: 51