Trampın seçki qərarı üçün MANEƏ ARADAN QALDIRILDI
ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın poçtla səsverməni məhdudlaşdıran sərəncamının qarşısını alan məhkəmə qərarını ləğv edib.
Crossmedia.az xəbər verir ki, qərar Trampın sərəncamının noyabrda keçiriləcək aralıq seçkilərindən əvvəl tətbiqinə imkan yaradır.
Bununla belə, Ali Məhkəmənin qərarı əlavə məhkəmə iddialarının qarşısını almır. Bir sıra ştatların yaxın həftələrdə ilk poçt bülletenlərinin göndərilməsi ərəfəsində yeni məhkəmə proseslərinə başlayacağı gözlənilir.
09:32 25.08.2026
Oxunuş sayı: 46