Almaniya Cənubi Koreyada hərbi mövcudluğunu genişləndirəcək
Almaniya sentyabr ayında Cənubi Koreyadakı hərbi kontingentini iki dəfə artıracaq.
Crossmedia.az xəbər verir ki, ˝BILD˝-in məlumatına görə, ölkənin ABŞ-nin rəhbərlik etdiyi BMT Komandanlığında xidmət edən hərbçilərinin sayı 1-dən 2-yə yüksəldiləcək.
Alman hərbçiləri Şimali Koreya ilə atəşkəs rejiminə əməl olunmasına nəzarətə kömək edəcək. Həmçinin böhran vəziyyətində mülki əhalinin təxliyəsinə dəstək göstərəcəklər.
23:00 24.08.2026
Oxunuş sayı: 59