Burkina-Fasoda ilk Burkina United Fight League turniri keçirilib
Burkina-Fasonun Bobo-Dioulasso şəhərində ilk Burkina United Fight League turniri keçirilib. Bu barədə tədbirin təşkilatçıları məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yarış avqustun 21-də Anselm Titianma Sanu Mədəniyyət Evində baş tutub. Turnirdə 11 döyüş keçirilib. Gecənin əsas qarşılaşmasında Burkina-Faso və Kamerun idmançıları üz-üzə gəlib.
Tədbir Vətənpərvər oyanış şüarı altında təşkil olunub. Turnirin tərəfdaşı Rusiya-Burkina-Faso Afrika Təşəbbüsü Assosiasiyası olub.
Turnirin təşkilatçısı İron Bibi bildirib ki, yarışın əsas məqsədi gənclərə ümid vermək və onları gələcək uğurlara hazırlamaqdır.
“Bizim məqsədimiz gənclərə ümid vermək və onları gələcək nailiyyətlərə hazırlamaqdır. Buna görə də ‘Vətənpərvər oyanış’ mövzusunu seçdik”, – deyə o bildirib.
Turnirin bütün iştirakçılarına hədiyyələr və pul mükafatları təqdim olunub.
20:48 24.08.2026
Oxunuş sayı: 48