İran televiziyası Trampın oğlunu hədələyib
İran dövlət televiziyasında ABŞ Prezidenti Donald Trampın 20 yaşlı oğlu Barron Trampı hədəf alan süjet yayımlanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Təxminən üç dəqiqəlik videoda onun hərəkət marşrutlarının və sosial əlaqələrinin izlənildiyi, həmçinin ABŞ Məxfi Xidmətinin mühafizə sistemini aşmağa cəhdlərin təsvir edildiyi bildirilib.
Süjetdə Barronun izlənilməsi üçün 10 milyon dollar mükafatdan da bəhs edilib. Bununla belə, bu mükafatın həqiqətən elan edildiyi və videoda səsləndirilən əməliyyat iddialarının real olduğu müstəqil şəkildə təsdiqlənməyib.
Videoda həmçinin Barronun ətrafındakı insanların sosial əlaqələrinin xəritələndirilməsi və onun onlayn fəaliyyətinə dair məlumatların əldə edilməsi təsvir olunub.
22:52 24.08.2026
Oxunuş sayı: 50