Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
Azərbaycan Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.
Turnirdə Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq), Hüseyn Aydəmirli (+90 kq), Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) iştirak edəcəklər.
Qeyd edək ki, oktyabrın 18-dən 25-dək keçiriləcək yarışda Stanislav Krılovla Məsməxanım Səlimova hakimlik edəcəklər.
17:40 16.10.2026
Oxunuş sayı: 61