Sudanda Efiopiyadan gələn PUA vurulub
Sudan ordusu son 24 saat ərzində ikinci dəfə Mavi Nil ştatı üzərində pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sudan Müdafiə Nazirliyinin məlumatına görə, düşmən PUA-sı Efiopiya ərazisindən daxil olub.
Yayılan məlumatlarda vurulan aparatın Türkiyə istehsalı Bayraktar Akıncı olduğu ehtimal edilir. Lakin PUA-nın kimə məxsus olduğu və onun BƏƏ tərəfindən idarə edildiyi barədə iddialar hələ müstəqil şəkildə təsdiqlənməyib.
Hadisə Sudan və Efiopiya arasında PUA-larla bağlı qarşılıqlı ittihamların artdığı bir dövrdə baş verib. Sudan daha əvvəl də Efiopiya ərazisindən PUA hücumlarının həyata keçirildiyini və BƏƏ-nin bu prosesdə rol oynadığını iddia edib.
22:29 24.08.2026
Oxunuş sayı: 66