Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb
Bakıda rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə genişmiqyaslı yol təmiri proqramı icra olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, artıq 40 küçə və prospektdə təmir işləri başa çatdırılıb, 20-yə yaxın küçə və prospektdə isə işlər davam etdirilir.
Proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin təmiri nəzərdə tutulub.
Növbəti mərhələlərdə digər küçə və prospektlərdə də təmir işlərinə başlanılacaq.
19:27 24.08.2026
Oxunuş sayı: 52