Tramp Kanadaya qapıları bağlayır
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan avtomobillər, yük maşınları, avtomobil hissələri və polad üçün tariflərin 2027-ci il yanvarın 1-dən 50 faizə qaldırılacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp Kanadanın illərdir ABŞ-dən faydalandığını iddia edib və ölkənin amerikalı fermerlərə və kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi yüksək tarifləri tənqid edib. O, iki ölkə arasında 60 milyard dollarlıq ticarət kəsirinin yarandığını bildirərək bunun artıq davam etməyəcəyini vurğulayıb.
ABŞ lideri bildirib ki, məhsullarını ABŞ-də istehsal edən şirkətlər tarif ödəməyəcək. Tramp həmçinin Kanadanın ABŞ-nin daha bir ştatı kimi qəbul edilməyəcəyini və Vaşinqtonun Ottavaya ehtiyac duymadığını, əksinə Kanadanın ABŞ-yə ehtiyacının olduğunu deyib.
18:18 24.08.2026
Oxunuş sayı: 45