Qazaxıstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
Qazaxıstan Mərkəzi Seçki Komissiyası yeni parlamentə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, MSK nəticələri rəsmi Telegram kanalında yayıb.
MSK-nın məlumatına görə, seçkilərdə iştirak edən yeddi siyasi partiyadan beşi 5 faizlik seçki baryerini keçib. Parlamentdə təmsil olunmaq hüququ qazanan partiyalar arasında “Adilet”, “Auyl”, “Respublika”, “Ak Jol” və Ümumxalq Sosial Demokrat Partiyası (OSDP) yer alıb.
“NPK” və “Baytak” partiyaları isə 5 faizdən az səs toplayaraq parlamentə keçə bilməyib.
Qeyd edək ki, 23 avqust seçkiləri Qazaxıstanda yeni birpalatalı parlament – Qurultay üçün keçirilən ilk seçkilərdir.
11:38 24.08.2026
Oxunuş sayı: 48