mRNT vaksinləri digər xərçəng növlərinə qarşı da sınaqdan keçirilir
Alimlər melanoma əleyhinə fərdiləşdirilmiş vaksinin uğurlu nəticələrindən sonra mRNT texnologiyasını digər xərçəng növlərinin müalicəsində də sınaqdan keçirirlər.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
“Moderna” və “Merck” şirkətlərinin melanoma əleyhinə hazırladığı fərdiləşdirilmiş vaksinin nəticələri mRNT texnologiyasının digər şiş növlərinə qarşı tətbiqinə yol aça bilər.
Şirkətlər hazırda ağciyər, sidik kisəsi, böyrək, mədəaltı vəzi və mədə xərçənginə qarşı mRNT əsaslı vaksinlərin klinik sınaqlarını keçirirlər.
Bununla yanaşı, “Roche” və “BioNTech” şirkətləri də yoğun bağırsaq və mədəaltı vəzi xərçənginə qarşı öz fərdiləşdirilmiş mRNT terapiyalarını sınaqdan keçirir.
Bu metodun əsas prinsipi konkret şişin mutasiyalarına uyğun fərdi vaksinin hazırlanmasıdır. Vaksin immun sisteminə xərçəng hüceyrələrini tanımağı və onlara qarşı mübarizə aparmağı öyrətməyə yönəlib.
Bir sıra tədqiqatların nəticələrinin yaxın illərdə açıqlanacağı gözlənilir.
11:36 23.08.2026
Oxunuş sayı: 59