ABŞ-dən neft bazarı ilə bağlı GÖZLƏNİLMƏZ PROQNOZ
ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun elan etdiyi iqtisadi tədbirlərin yaxın vaxtlarda neftin qiymətinin azalmasına səbəb olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Bessent bu barədə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, ABŞ hökuməti həmçinin dövlət istiqrazlarının gəlirliliyinin bundan sonra da aşağı düşəcəyini gözləyir.
Bessentin açıqlaması ABŞ-da uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda səslənib. Xəzinədarlıq uzunmüddətli istiqrazların geri alınması əməliyyatlarını genişləndirərək borclanma xərclərinin azaldılmasına çalışır.
12:17 21.08.2026
Oxunuş sayı: 56