Polşa səmasında NATO-nun xüsusi təyyarəsi göründü
NATO-ya məxsus EA-37B elektron müharibə və kəşfiyyat təyyarəsi Polşa hava məkanından Kalininqrad yaxınlığında təxminən iki saat ərzində müşahidə uçuşu həyata keçirib.
Crossmedia.az xəbər verir ki, "The War Zone" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, EA-37B uzaq məsafədən elektron müharibə əməliyyatlarını həyata keçirmək üçün güclü aktiv radiolokasiya antenaları ilə təchiz olunub. Təyyarə düşmənin radar və rabitə sistemlərinə qarşı fəaliyyət göstərə, həmçinin müxtəlif radio siqnal mənbələrini aşkarlaya, izləyə və onların yerini müəyyənləşdirə bilir.
"The War Zone" EA-37B-ni potensial rəqib haqqında hərbi məlumatların toplanması üçün dünyanın ən güclü hava platformalarından biri hesab edir. Nəşr təyyarənin Rusiyanın Kalininqrad vilayətində yerləşən hərbi vasitələrin mümkün istifadəsinin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini qeyd edib.
17:10 20.08.2026
Oxunuş sayı: 54