Azərbaycan 2030-cu ilə qədər turizm sektorunda 40 % real artım hədəfləyir
Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması hədəflənir.
16:09 20.08.2026
Oxunuş sayı: 49