Ermənistanda Alen Simonyanla bağlı araşdırmaya başlanıldı
Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyası Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın sosial şəbəkədəki paylaşımını araşdırır.
Crossmedia.az xəbər verir ki, “Joqovurd” qəzetinin sorğusuna cavab olaraq Komissiyadan bu barədə məlumat verilib.
Bildirilir ki, araşdırmanın məqsədi yüksək vəzifəli şəxsin paylaşımında etik davranış normalarının pozulub-pozulmadığını müəyyənləşdirməkdir.
Komissiya qeyd edib ki, qanunvericiliyə əsasən, qurum dövlət məmurlarının etik davranışı və maraqlar toqquşması ilə bağlı məsələləri araşdırmaq səlahiyyətinə malikdir.
Xatırladaq ki, Alen Simonyan avqustun 17-də müxalifət deputatları barədə paylaşımında onları təhqiramiz ifadələrlə, o cümlədən “uşaq bağçasının yetirmələri” və “kiçik klounlar” adlandırıb. Onun paylaşımında deputatlara qarşı təhdid kimi qiymətləndirilə biləcək ifadələrin də yer aldığı bildirilir.
13:53 20.08.2026
Oxunuş sayı: 64