Rusiyanın məşhur hava limanında uçuşlar dayandı
Rusiyanın Soçi şəhərindəki beynəlxalq hava limanında 11 reysin gəlişi və gedişi gecikib.
Crossmedia.az xəbər verir ki, gecikmələr barədə məlumat hava limanının onlayn tablosunda əks olunub.
Məlumata görə, dörd reysin uçuşu gecikib. Bunlar Nijnevartovsk, Nijnekamsk, İjevsk və Moskva istiqamətləridir. Gecikmələrin müddəti 1 saat 40 dəqiqədən 10 saat 50 dəqiqəyədək dəyişir.
Daha səkkiz reysin isə Soçiyə enişi gecikib. Həmin reyslər Perm, Novosibirsk, Tümen, Omsk, Yekaterinburq, Nijnevartovsk, Sankt-Peterburq və Nijnekamsk şəhərlərindən həyata keçirilməlidir.
Qeyd olunur ki, “Rosaviasiya” uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Soçi və Rusiyanın digər hava limanlarında dəfələrlə müvəqqəti məhdudiyyətlər tətbiq edib
13:32 20.08.2026
Oxunuş sayı: 65