Dəməşq İsrailə sərt etiraz etdi
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani İsrailin Əbu-əd-Duhur aviabazasına zərbə endirməsinin heç bir əsası olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Nazirin sözlərinə görə, Dəməşq İsrailə əvvəlcədən məlumat verib ki, aviabazada Türkiyənin hərbi bazasının yaradılması və ya türk qoşunlarının daimi yerləşdirilməsi planlaşdırılmır.
Əş-Şeybani qeyd edib ki, aviabaza demək olar ki, boş olub və Suriya Hərbi Hava Qüvvələri üçün bərpa edilib. Türkiyəli hərbçilər isə bazaya yalnız hərbi hazırlıq sahəsində əməkdaşlıq çərçivəsində baş çəkiblər.
12:29 20.08.2026
Oxunuş sayı: 47