Kolumbiyada zəlzələ 10 mindən çox istehlakçını qazsız qoyub - YENİLƏNİB
Kolumbiyada dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə 10,1 mindən çox istehlakçı qaz təchizatının bərpasını gözləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin qaz sənayesi müəssisələri assosiasiyası Naturgas-ın rəhbəri Lus Stella Murqas bildirib.
Onun sözlərinə görə, qaz təchizatı dayandırılan istehlakçıların təxminən 6 mini Vaye-del-Kauka və Kauka departamentlərinin payına düşür.
Murqas qeyd edib ki, zərər çəkmiş ərazilərdə qaz şəbəkələrinin texniki vəziyyətini yoxlamaq üçün xüsusi briqadalar yaradılıb.
Lakin işlər zamanı infrastrukturda yeni nasazlıqların yaranması qaz təchizatının bərpası prosesini çətinləşdirir.
11:09
Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 319-a çatıb, 260 nəfər isə itkin düşmüş hesab olunur.
Crossmedia.az xəbər verir ki, Kolumbiyanın Fəlakət Risklərinin İdarə Edilməsi Xidməti bu barədə məlumat yayıb.
Qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, zəlzələ nəticəsində 4 469 nəfər xəsarət alıb, 364 nəfər xilas edilib. Həmçinin 549 heyvanın da xilas edildiyi bildirilib.
Son qiymətləndirmələrə əsasən, zəlzələ nəticəsində təxminən 31 min ev tamamilə dağılıb, 151 995 binaya isə ziyan dəyib.
Maqnitudası 7,4 olan zəlzələ avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentində yerləşən San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.
Rəsmi məlumatlara görə, təbii fəlakət ölkənin 15 departamentinə təsir edib. Bundan əvvəl zəlzələ nəticəsində 312 nəfərin öldüyü bildirilmişdi.
11:32 20.08.2026
Oxunuş sayı: 67