Nüvə silahından əvvəl rejim dəyişməlidir – İsraildən İrana sərt mesaj
İsrailin keçmiş Baş naziri Naftali Bennett İranın nüvə silahına sahib olmasının qarşısının alınması və eyni zamanda ayətullahlar rejiminin süqutunun sürətləndirilməsinin vacib olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bennett qeyd edib ki, İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün tədbirlər görülməli, digər tərəfdən isə mövcud bütün vasitələrdən istifadə etməklə İran hakimiyyətinin süqutunu sürətləndirmək lazımdır.
“Bir əlimizlə İranın nüvə silahı yaratmasına doğru irəliləyişinin qarşısını alacağıq. Digər əlimizlə isə əlimizdə olan bütün vasitələrdən istifadə edərək ayətullahlar rejiminin süqutunu sürətləndirmək üçün fəaliyyət göstərəcəyik”, - Bennett bildirib.
19:21 19.08.2026
Oxunuş sayı: 45