Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya regionu üzrə 8-ci Prezident Kubokunda medal qazanıb.
Crossmedia.az xəbər verir ki, Taekvondo Federasiyasından verilən məlumata görə, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bürünc mükafat əldə edib.
Eyni çəkidə çıxış edən digər taekvondoçu Fuad Məhərləmli isə yarışı medalsız başa vurub.
18:16 19.08.2026
Oxunuş sayı: 46