Taksi sürücüsünə Trampdan daha çox güvənirəm - İranlı general
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Rza Nəqdi ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, general Trampın bəyanatlarının əsassız və ardıcıl olmadığını bildirib.
Nəqdi ABŞ prezidentinin uzaqgörən davranmadığını və özünü “uşaq kimi” apardığını iddia edib.
“Onun sözlərinin nə əsası, nə də ardıcıllığı var. Mən taksi sürücüsünə ondan daha çox güvənirəm. Onun dediklərini çox ciddi qəbul etməyin”, – deyə Məhəmməd Rza Nəqdi bildirib.
14:42 19.08.2026
Oxunuş sayı: 48