İsrail və Yunanıstanın Baş Qərargah rəisləri görüşüb
İsrail Müdafiə Ordusunun (IDF) Baş Qərargah rəisi Eyal Zamir Yunanıstan Milli Müdafiə Baş Qərargahının rəisi Dimitrios Hupislə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşlə bağlı məlumatı İsrail tərəfi yayıb. Tərəflər hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə İsrail və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivləri də müzakirə olunub.
14:06 19.08.2026
Oxunuş sayı: 46