Rusiya MN Qara dənizdə Ukrayna üçün silah daşıyan gəmini vurduğunu bildirib
Rusiya Silahlı Qüvvələrinin Qara dənizdə, Odessanın cənub-şərqində Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi əmlak daşıdığı bildirilən quru yük gəmisini vurduğu açıqlanıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin iddiasına görə, gəmi Ukrayna ordusu üçün nəzərdə tutulan silah və hərbi təyinatlı yüklər daşıyıb.
Hadisənin nəticələri və gəmidəki şəxslərin vəziyyəti barədə əlavə məlumat verilməyib.
19:08 18.08.2026
Oxunuş sayı: 57