CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: enerj

09:50 12.10.2026

“Biz küldən yenidən doğuluruq” – Səudiyyə Ərəbistanından dünyaya mesaj

92

Səudiyyə Ərəbistanı istənilən şəraitdə dünya bazarlarına enerji təchizatının fasiləsiz təmin edilməsinə sadiq qalacağını bəyan edib. Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Ər-Riyadda keçirilən 17-ci Beynəlxalq Enerji Forumunun (IEF17) nazirlər toplantısında bildirib. Nazir ölkəsinin regional gərginliyə və enerji bazarındakı çətinliklərə baxmayaraq, öhdəliklərini yerinə yetirməkdə qərarlı olduğunu vurğulayıb. “Biz feniks quşu kimiyik. Hər dəfə küldən yenidən doğuluruq. Heç kim bizim iradəmizi sındıra bilməz”, – deyə o bildirib. Əbdüləziz bin Salman Səudiyyə Ərəbistanının enerji təchizatının etibarlılığını qorumaq, investisiyaları davam etdirmək və müxtəlif çağırışlara hazır olmaq imkanlarını nümayiş etdirdiyini qeyd edib. Nazir həmçinin Şərq-Qərb neft kəmərinin strateji əhəmiyyətinə toxunaraq onun Qırmızı dəniz sahilindəki Yanbu limanı vasitəsilə dünya bazarlarına alternativ neft nəqli marşrutu yaratdığını bildirib. Onun sözlərinə görə, oktyabrın 6-na olan məlumata əsasən, həmin kəmərlə gündəlik 5,8 milyon barel neft nəql edilib. Səudiyyəli nazir enerji təhlükəsizliyinin yalnız bir ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu vurğulayıb. Forumda neft, təbii qaz, bərpaolunan enerji, nüvə və geotermal enerji sahələrində əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub. İtaliya və Nigeriyanın birgə təşkilatçılığı ilə keçirilən toplantıda müxtəlif ölkələrin energetika nazirləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR