Türkiyədə pərakəndə satışlar kəskin artdı – Son göstəricilər açıqlandı
Türkiyədə avqust ayında pərakəndə ticarət satışlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət sektoruna dair açıqlanan statistik məlumatlarda bildirilib.
Məlumata görə, ölkə üzrə ümumi ticarət satışlarının həcmi illik müqayisədə 0,6 faiz, əvvəlki aya nisbətən isə 0,2 faiz artıb. Pərakəndə satışlarda aylıq artım 1,4 faiz təşkil edib.
Avtomobil və motosikletlərin satışı və təmiri sektorunda illik 11,2 faiz, aylıq isə 1 faiz azalma qeydə alınıb. Topdansatış ticarətinin həcmi də illik 1,9 faiz, aylıq 0,2 faiz geriləyib.
Pərakəndə ticarətin ayrı-ayrı sahələrində ən yüksək artım kompüter, kitab və telekommunikasiya avadanlıqlarının satışında müşahidə olunub. Bu kateqoriya üzrə satışlar illik müqayisədə 22,9 faiz yüksəlib.
Poçt sifarişləri və internet üzərindən satışların həcmi 17,9 faiz, avtomobil yanacağı istisna olmaqla qeyri-ərzaq məhsullarının satışı isə 12,8 faiz artıb.
Elektronika və mebel satışı illik müqayisədə 3,1 faiz azalaraq geriləmə qeydə alınan yeganə pərakəndə ticarət kateqoriyası olub.
Ərzaq, içki və tütün məhsullarının satışında isə 5,3 faizlik artım müşahidə edilib.
13:21 12.10.2026
Oxunuş sayı: 51