“Mançester Yunayted”in hücumçusu “Napoli”yə keçməyə razılıq verdi
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Coşua Zirkze İtaliyanın "Napoli" komandasına keçməyə razılıq verib.
Crossmedia.az"Football365" nəşrinə istinadən xəbər verir ki, transferin yanvarda baş tutacağı gözlənilir.
Niderlandlı hücumçu ilə "Napoli"dən başqa, İtaliya A Seriyasının digər təmsilçisi "Yuventus" da maraqlanır.
Qeyd edək ki, C.Zirkze 2024-cü ilin yayında İtaliyanın "Bolonya" klubundan "Mançester Yunayted"ə təxminən 36,5 milyon funt-sterlinqə (43 milyon avro) transfer olunub. Forvard cari mövsümdə Mançester təmsilçisinin heyətində 5 oyunda meydanda olub və məhsuldar göstərici ilə yadda qalmayıb.
"Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
13:35 12.10.2026
Oxunuş sayı: 49