Babək Quliyev UEFA-dan təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Crossmedia.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
O, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununda hakim-inspektor olacaq. B.Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də "Bank Respublika Arena"da, saat 15:00-da start götürəcək.
12:56 12.10.2026
Oxunuş sayı: 59