CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Milli Assambleya

13:49 20.11.2026

İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - YENİLƏNİB

199

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. Crossmedia.az xəbər verir ki, görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man dedi: - Sosial və iqtisadi sahələrdə qazandığınız mühüm nailiyyətlər Azərbaycanın regionda və dünyada nüfuzunun artmasına kömək etmişdir. Biz hər zaman Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm veririk. Məmnunluq hissi ilə qeyd edirəm ki, münasibətlərimiz bütün sahələrdə çox yaxşı irəliləyir. Bütün səviyyələrdə nümayəndə heyətləri arasında mübadilələr aparılıb və beynəlxalq arenada səmərəli əlaqləndirmə həyata keçirilib, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və ticarət, energetika, neft və qaz sahələrində əməkdaşlığımız inkişaf edib, xalqlarımız arasında təmaslar fəallaşıb. Parlamentlərimiz arasında əməkdaşlıq da mühüm rol oynayır. Vyetnamın Milli Assambleyası və Azərbaycanın Milli Məclisi birlikdə sıx çalışıblar və beynəlxalq forumlarda bir-birinə dəstək göstəriblər. Ötən il İsveçrədə parlament sədrlərinin toplantısında mən Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirdim. Arzu edirəm ki, strateji tərəfdaşlığımıza daha çox töhfə vermək üçün iki ölkənin parlamentləri əməkdaşlığını davam etdirsin. Baş nazirimizlə keçirdiyiniz çox məhsuldar görüş münasibətilə Sizi təbrik edirəm. Bildiyimə görə, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın sabah Sizinlə rəsmi görüşü olacaq.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər