CROSSMEDIA - Analitik İnformasiya Portalı

Humanitar

11:30 25.08.2026

Zamanın nəfəsini sözə çevirən şair: Fikrət Qoca

35

Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin ən parlaq, ən özünəməxsus nümayəndələrindən biri olan Xalq şairi Fikrət Qoca (1935–2021) yaradıcılığı ilə poeziyamıza yeni nəfəs, fərqli poetik təfəkkür gətirmiş sənətkarlardandır. O, yalnız öz dövrünün deyil, bütün zamanların insanını, onun daxili sarsıntılarını, azadlıq eşqini və vətən sevgisini misralara köçürməyi bacaran bənzərsiz söz ustası idi. Fikrət Göyüş oğlu Qocayev 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində dünyaya göz açıb. Erkən yaşlarından ədəbiyyata böyük həvəs göstərən gənc Fikrətin ilk şeiri 1956-cı ildə “Kirpi” jurnalında dərc olunub. Ağdaşda orta təhsilini tamamladıqdan sonra Bakı Dəmiryolu Texnikumunda oxuyan və bir müddət tikinti sahəsində çalışan şairin həyatında ən mühüm dönüş nöqtəsi 1959–1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda aldığı təhsil olur. Bu mühit onun bədii dünyagörüşünü genişləndirmiş, dünya ədəbiyyatının zəngin ənənələri ilə yaxından tanış olmasına şərait yaratmışdır. Bakıya qayıtdıqdan sonra Fikrət Qoca zəngin mətbuat və təşkilatçılıq fəaliyyətinə başlayır. O, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində redaktor, “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, “Azərbaycan” jurnalında şöbə müdiri vəzifələrində çalışır. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi fəaliyyət göstərən ustad sənətkar yalnız öz yaradıcılığı ilə kifayətlənməmiş, gənc qələm sahiblərinin yetişməsinə və ədəbi mühitin inkişafına əvəzsiz töhfələr vermişdir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR