İranda ABŞ hərbçilərinin öldürülməsinə görə pul mükafatı elan edildi
İran ordusunun baş komandanı Əmir Hatami ABŞ hərbçilərinin öldürülməsi və ya ələ keçirilib İran hərbçilərinə təhvil verilməsi müqabilində pul mükafatı elan edib.
Crossmedia.az xəbər verir ki, "Pars Today" bu barədə məlumat yayıb.
Açıqlanan təşəbbüsə əsasən, İrana qarşı hücumda iştirak edən ABŞ hərbçisinin öldürülməsi və ya ələ keçirilib İran ordusunun bölmələrinə təhvil verilməsi müqabilində 5 milyard tümən, təxminən 27-30 min ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub.
Bildirilib ki, bu əməli İran qadınlarından biri həyata keçirərsə, mükafatın məbləği ikiqat artırılaraq 10 milyard tümənə çatdırılacaq.
İran tərəfi bu təşəbbüsü "maliyyə cihadında" iştirakla bağlı çoxsaylı müraciətlərdən sonra hazırladığını açıqlayıb.
19:37 16.08.2026
Oxunuş sayı: 49