Rusiyanın iqtisadi uğuru Qərbi şoka saldı
Britaniyalı hərbi ekspert Aleksandr Merkuris Rusiyanın iqtisadi sahədə əldə etdiyi uğurların Qərb üçün ciddi zərbə olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Merkuris bu barədə özünün YouTube kanalının efirində danışıb.
Ekspertin sözlərinə görə, Rusiya istehsal həcminə görə ABŞ və Qərbi qabaqlamağa başladığı halda, Qərb və Ukrayna ölkənin iqtisadiyyatı ilə bağlı əvvəlki təsəvvürlərini dəyişməyib.
Merkuris qeyd edib ki, Rusiyanın böyük resurslara malik iqtisadiyyatı Qərbin gözlədiyi ssenarilərin heç birində ciddi şəkildə yüklənməyib.
09:28 16.08.2026
Oxunuş sayı: 50