Xerson vilayətində cəbhəyanı kənddən sonuncu uşaq da təxliyə edilib
Ukraynanın Xerson vilayətinin cəbhəyanı Çarovoye kəndindən sonuncu azyaşlı sakinin təhlükəsiz əraziyə təxliyə edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Ukrayna polisi bu barədə məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları 47 yaşlı qadını və kənddə yaşayan sonuncu 17 yaşlı azyaşlı oğlunu təhlükəli ərazidən çıxarıblar. Davamlı atəşə tutulma səbəbindən təxliyə xüsusi zirehli avtomobillə həyata keçirilib və ailə təhlükəsiz əraziyə çatdırılıb, daha sonra onları qohumları götürərək Nikolayev vilayətinə aparıb.
16:21 15.08.2026
Oxunuş sayı: 49